EN

“Görülən işlər Türkiyə dövlətinin maliyyə imkanlarının hansı səviyyədə olmasından xəbər verir” Murat Kurum

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Türkiyənin son illərdə yaşadığı iqtisadi çətinliklərə baxmayaraq, görülən işlər əsasən daxili maliyyə imkanları hesabına həyata keçirilib".

Bunu Türkiyənin Şəhərsalma və İqlim Dəyişiklikləri naziri Murat Kurum Türkiyədəki zəlzələnin üçüncü ilinə həsr olunmuş tədbirdə "AzPolitika"-nın əməkdaşı Elçin Rüstəmlinin sualını cavabındırarkən bildirib.

Nazir zəlzələdən sonrakı üç illik periodda iqtisadi çətinliklər fonunda bu işlərin hansı maliyyə qaynaqları hesabına aprardığı ilə danışarkən qeyd edib ki, bu miqyasda layihələrin reallaşması Türkiyə dövlətinin maliyyə imkanlarının hansı səviyyədə olmasından xəbər verir.  Onun sözlərinə görə, söhbət 100 milyard dollardan artıq vəsaitdən gedir və bu, Türkiyə Cümhuriyyətinin iki il ərzində tamamladığı, zəlzələdən zərər çəkmiş vətəndaşları yenidən ayağa qaldırdığı böyük bir büdcədir.Murat Kurum vurğulayıb ki, bu proses əsasən ölkənin öz gəlirləri hesabına həyata keçirilib. Dost ölkələrin dəstəyinin olduğunu bildirən nazir əlavə edib ki, görülən işlərin təxminən 95 faizi Türkiyənin daxili maliyyə mənbələri hesabına gerçəkləşdirilib.Nazir həmçinin qeyd edib ki, sözügedən iqtisadi böhran yalnız Türkiyədə deyil, bütün dünyada müşahidə olunur. Onun sözlərinə görə, tarixdə görünməmiş səviyyədə inflyasiya ilə üzləşən Avropa ölkələri, eləcə də ABŞ da oxşar problemlər yaşayır.Murat Kurum əlavə edib ki, bu cür inflyasiya şəraitində zəlzələ bölgəsində bu qədər genişmiqyaslı bərpa işlərini həyata keçirən dövlətlərin sayı dünyada çox deyil və bu baxımdan Türkiyənin təcrübəsinin nadir olduğunu düşünür."AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
91
azpolitika.info

1Sources