EN

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ da keçirilə bilər”

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna-Rusiya müharibəsinin nizamlanması üzrə danışıqlar prosesi çərçivəsində növbəti görüşlərin keçirilməsi planlaşdırılır və onların böyük ehtimalla ABŞ-da baş tutacağı gözlənilir.Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.Zelenskinin sözlərinə görə, o, danışıqlar qrupundan ABŞ və Rusiya tərəfləri ilə Əbu-Dabidə iki gün davam edən görüş və müzakirələrdən sonra hesabat alıb:

 

“Artıq deyilə bilənlərdən biri odur ki, yaxın vaxtlarda növbəti görüşlər planlaşdırılır. Ehtimal ki, Amerikada. Ukrayna etibarlı və uzunmüddətli sülhə yaxınlaşdıra biləcək bütün işçi formatlara hazırdır.

Önəmli olan odur ki, bu müharibə Rusiyanın təcavüzə görə heç bir mükafat almadığı şəkildə başa çatsın. Bu, real təhlükəsizliyi bərpa edən və təmin edən əsas prinsiplərdən biridir. Bu məsələdə bizi dəstəkləyən bütün tərəfdaşlarımıza təşəkkür edirəm”.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
1
bizim.media

2Sources