EN

Tramp parlament seçkiləri ərəfəsində Yaponiyanın Baş naziri Takaiçini dəstəkləyib

ABŞ Prezidenti Donald Tramp Yaponiyada parlament seçkiləri ərəfəsində hazırkı Baş nazir Sanae Takaiçini dəstəkləyib.

"Report" xəbər verir ki, bu barədə o, "Truth Social"da paylaşım edib.

"Böyük Yaponiyada 2026-cı il fevralın 8-də, bazar günü çox mühüm parlament seçkiləri keçiriləcək. Baş nazir Sanae Takaiçi artıq ölkəsini səmimi sevən güclü, nüfuzlu və müdrik lider kimi özünü göstərib. Takaiçi onun və koalisiyasının gördüyü işə görə güclü tanınmağa layiqdir və buna görə də mən ABŞ Prezidenti kimi ona, onun təmsil etdiyi dəyərlərə tam, mütləq dəstək ifadə etməkdən şərəf duyuram. O, Yaponiya xalqını məyus etməyəcək!", - Tramp yazıb.

ABŞ lideri həmçinin əlavə edib ki, Takaiçinin martın 19-da ABŞ-yə səfərini səbirsizliklə gözləyir. "Yaponiyaya səfərim zamanı mən və bütün nümayəndələrim ondan son dərəcə təsirlənmişik. Milli təhlükəsizlik məsələlərindən başqa, Birləşmiş Ştatlar və Yaponiya hər iki ölkə üçün kifayət qədər sərfəli olan çox əhəmiyyətli ticarət sazişinin bağlanması üzərində sıx əməkdaşlıq ediblər", - o vurğulayıb.

Chosen
70
far.az

1Sources