EN

İşçinin maaşından hara və nə qədər pul tutulur? - Məbləğ

Bakı. Trend:

2026-cı ildən etibarən Azərbaycanda əməkhaqqı hesablamalarıyenidən gündəmə gəlib. Qeyri-neft-qaz sektorunda tətbiq edilənmüddətli gəlir vergisi güzəştlərinin başa çatması maaşlardantutulan məbləğlərə diqqəti artırıb.

Bu fonda həm dövlət, həm də özəl sektorda çalışanların maaşındanhansı tutulmaların aparıldığı və işçinin əlində faktiki olaraq nəqədər vəsaitin qaldığı cəmiyyətdə əsas müzakirə mövzularındanbirinə çevrilib.

Qüvvədə olan qanunvericiliyə görə, Azərbaycanda muzdla çalışanişçilərin əməkhaqqından bir neçə növ tutulma aparılır. Bunlaragəlir vergisi, məcburi dövlətsosial sığorta haqqı, işsizlikdən sığortahaqqıicbari tibbi sığortahaqqı daxildir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı-ekspertAllahverdi Aydın xatırladıb ki, yuxarıda sadalanan gəlirvergisi dövlət büdcəsinə ödənilir, sosial sığorta haqları işçininpensiya kapitalının formalaşmasına və sosial təminat hüquqlarınınyaranmasına xidmət edir. Digər tutulmalar isə işsizlik və səhiyyəsahəsində dövlət təminatının maliyyələşdirilməsi məqsədidaşıyır.

Ekspert məsələnin daha aydın anlaşılması üçün dövlətsektorunda çalışan bir işçinin maaşı üzərindən hesablamaya diqqətçəkib:

“Tutaq ki, Əhməd adlı vətəndaş dövlət sektorunda çalışır vəaylıq əməkhaqqı 1 200 manatdır. Vergi Məcəlləsinəuyğun olaraq onun maaşının 200 manatlıq hissəsigəlir vergisindən azad olunur. Bu halda vergiyə cəlb olunan məbləğ1000 manat təşkil edir.

Vergiyə cəlb olunan 1000 manatın14 faizi 140 manat edir. Bundanəlavə, maaşdan 3 faiz məcburi dövlət sosialsığorta haqqı (36 manat), işsizlikdən sığorta üçün0,5 faiz (6 manat) və icbaritibbi sığorta üçün 2 faiz (24manat) tutulur. Nəticədə Əhmədin maaşından ümumilikdə206 manat çıxılır və onun əlində qalan xalisəməkhaqqı 994 manat olur.

  • Aylıq əməkhaqqı1 200 manat;
  • Vergiyə cəlb olunan məbləğ – (1200200) × 14 % =140;
  • DSMF ayırmaları1 200 ×3 % = 36;
  • İşsizlikdən sığorta haqqı1 200 ×0.5 % = 6;
  • İcbari tibbi sığorta haqqı1 200 ×2 % = 24;

İşçiyə çatacaq əməkhaqqı – 1 200 –(140 + 36 + 6 +24) = 994 manat”.

İqtisadçı daha sonra qeyri-neft-qaz sahəsində özəl sektordaçalışan işçinin maaşı üçün hesablama aparıb:

“Məsələn, İbrahim adlı vətəndaş özəl sektorda çalışır və onunaylıq əməkhaqqı 950 manatdır. 2026-cı ildənetibarən bu kateqoriyaya aid aylıq gəlirlərə 3faiz gəlir vergisi tətbiq edilir. Bu səbəbdən İbrahimin vergiyəcəlb olunan gəliri 750 manat təşkil edir və bunun3 faizi 22,5 manatdır.

Özəl sektorda məcburi dövlət sosial sığorta haqqı fərqli qaydadahesablanır. Maaşın ilk 200 manatı üçün3 faiz (6 manat), qalan750 manatı üçün isə 10 faiz(75 manat) tutulur. Beləliklə, ümumi sosialsığorta haqqı 81 manat təşkil edir. Bundan əlavə,işsizlikdən sığorta üçün maaşın 0,5 faizi(4,75 manat) və icbari tibbi sığorta üçün2 faizi (19 manat) tutulur.Nəticədə İbrahimin maaşından ümumilikdə 127,25manat çıxılır və onun əlində qalan xalis əməkhaqqı822,75 manat olur.

  • Aylıq əməkhaqqı950 manat;
  • Vergiyə cəlb olunan məbləğ – (950200) × 3 %=22.5;
  • DSMF ayırmaları – (200 ×3 %) + (750 × 10%) = 6 + 75 =81;
  • İşsizlikdən sığorta haqqı950 ×0.5 % = 4.75;
  • İcbari tibbi sığorta haqqı950 ×2 % = 19;

İşçiyə çatacaq əməkhaqqı – 950 –(22.5 + 81 +4.75 + 19) =822.75 manat”.

Chosen
4
5
az.trend.az

8Sources