Hindistanın şimal-şərqindəki Meqhalaya ştatında fəaliyyət göstərən kömür mədənində baş vermiş partlayış nəticəsində azı 18 mədənçi ölüb, bir nəfər isə ağır yaralanıb.
News365.az BBC-yə istinadən xəbər verir ki, rəsmi açıqlamada mədənin qeyri-qanuni fəaliyyət göstərdiyi və partlayışa qazıntı zamanı dinamitdən yanlış istifadənin səbəb olduğu bildirilib
Hadisə yerində xilasetmə əməliyyatları davam etdirlir. Dağıntılar altında köməksiz vəziyyətdə qalanların olduğu da istisna edilmir.