On il əvvəl - 2016-cı ildə Premyer Liqanın qalibi olan "Lester" ağır zərbə alıb.
Fanat.Az xəbər verir ki, hazırda Çempionşipdə çıxış edən İngiltərə klubunun 6 xalı silinib.
Məlumatı İngiltərə Premyer Liqanın (İPL) rəsmi saytı yayıb.
Qurum rəhbərliyi müstəqil bir komissiyanın tövsiyyəsini dəyərləndirdikdən sonra bu barədə qərar verib. 2023/24 mövsümü üçün gəlirlilik və dayanıqlılıq qaydalarını pozan "tülkülər" bunun cəzasını aşağı liqada çəkib.
Altı xallıq cərimədən əvvəl Çempionşipin turnir cədvəlində 17-ci yerdə olan "Lester" 20-ci yerə düşüb.