EN

16 yaşdan kiçik uşaqlara sosial mediadan istifadə qadağan olunacaq



Hindistanda 16 yaşdan kiçik uşaqlar üçün sosial mediaya qadağa qoyulması ilə bağlı müzakirələr gedir.

Newscenter.az xarici KİV-ə istinadən bildirir ki, ölkənin bəzi ştatları bu yaxınlarda Avstraliyada qəbul edilmiş oxşar qanunun tətbiqini istəyirlər.

Hindistanın Andhra Pradeş ştatının informasiya texnologiyaları, elektronika və rabitə naziri Nara Lokeş bildirib ki, uşaqlar tərəfindən sosial mediadan həddindən artıq istifadə onların diqqətinə və təhsilinə mənfi təsir göstərir.

Mütəxəssislər hesab edirlər ki, belə bir məhdudiyyətin tətbiqi bir qədər çətin ola bilər, çünki IP ünvanları vasitəsilə yerin müəyyən edilməsi həmişə dəqiq olmur və yaş təsdiqlənməsi ciddi problem olaraq qalır.

Qeyd edək ki, Avstraliya hökuməti dünyada 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən və platformalara istifadəçilərin yaşını yoxlamaq öhdəliyi qoyan ilk ölkə olub. Qısa müddət sonra Fransa da ölkədə 15 yaşdan kiçik uşaqlar üçün oxşar qanun layihəsinin təsdiqləndiyini elan etdi. Böyük Britaniyada bu məsələ hələ də müzakirə olunur.

Anar
Chosen
68
1
newscenter.az

2Sources