EN

Professor Zəhra Quliyeva: Çox az ölkədə qışda belə musiqi bayramı təşkil olunur

Qəbələ, 6 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Bu, ikinci “Qış nağılı” festivalıdır. Biz hər zaman olduğu kimi, ənənəmizə sadiq qalaraq, yenə də açılışdan öncə tamaşaçılara, dinləyicilərə kamera musiqisini təqdim etdik.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qəbələdə keçirilən “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva deyib.

Professor “Qış nağılı”nı bənzərsiz hadisə adlandırıb: “Çox az ölkədə qış fəslində belə yüksəksəviyyəli, peşəkar ifaçıların bir araya gəldiyi musiqi bayramı təşkil olunur. Bizə yaradılan bu imkan sevindiricidir. İnanıram ki, biz bu sənət bayramını ən yüksək səviyyədə qiymətləndirəcəyik”.

Chosen
36
2
azertag.az

3Sources