EN

DİN-dən “İdrak” liseyindəki insidentlə bağlı açıqlama: Şagird ov silahı ilə müəllimə xəsarət yetirib

DİN-dən
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib. 1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllim işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
8
17
1news.az

10Sources