Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
47°C şaxtada gəzməklə, dünya rekorduna imza atan humanoid robot 130 min addım ata bilib.
Reyting.az-ın məlumatına görə, Çinin "Unitree" şirkətinin mühəndislər qrupu tərəfindən istehsal edilmiş yeni "G1" modelli humanoid robotu ekstremal soyuq şəraitdə dünya rekordu müəyyənləşdirib.
Robot Çinin şimal-qərbində, Sincan-Uyğur Muxtar Bölgəsində, Altayda −47,4°C-yə çatan şaxtalı temperaturda qarlı sahədə avtonom şəkildə 130 min addım irəliləyib.
Mütəxəssislər bildiriblər ki, ilk sınaq zamanı müəyyən tərəddüdlər olsa da, sınaq uğurla başa çatıb. Humanoid robot "G1" təxminən 186×100 metrlik bir ərazidə keçirilən sınaq gəzintisində buz örtüyünün üzərində sərbəst yeriməyə başlayıb və Qış Olimpiya Oyunlarının emblemini "çəkməyə" nail olub.
Çin kütləvi informasiya vasitələrinin məlumatında vurğulanır ki, humanoid robotun bu cür sərt şaxtada belə uzunmüddətli avtonom yeriməsi ölkə miqyasında təsdiqlənmiş ilk nümunədir.
İlk sınaq üçün humanoid robotun standart konfiqurasiyadan kənar təkmilləşdirilməsi də qeyd olunub. Eyni zamanda məlum olub ki, "Unitree" şirkətinin mühəndisləri bu yeni "G1"i hətta isti gödəkçə ilə təmin ediblər və onun oynaqlarını, həmçinin akkumulyatoru qorumaq üçün humanoidin ayaqlarının alt hissələrinə plastik qoruyucular sistemini əlavə ediblər.
Robotun sərt şaxtada ilk gəzintisi zamanı santimetr dəqiqliyi ilə, tamamilə maneəsiz hərəkət etməsi, buzlaq sahəsində düzgün addımlar atması üçün mütəxəssislər Çinə məxsus olan "Beydou" adlı peyk naviqasiya sistemindən istifadə etməli olublar.
Boyu 127 santimetr, çəkisi 35 kiloqrama çatan "G1" 23-43 ədəd mühərrikli oynağa, lidar, dərinlik kamerasına, o cümlədən səsli idarəetmə sisteminə malikdir.
"Unitree" şirkətinin nümayəndələri bildiriblər ki, 2025-ci ildə humanoid robotun tədarükü 5 500 ədədi ötüb. 2026-cı il üçün şirkət öz istehsalını, robotların sayını daha da gücləndirməyi planlaşdırır.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.