ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
MÖVZU İLƏ BAĞLI:SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Hazırda yaralının vəziyyəti orta-ağırdır.Bizim.Media hadisənin baş verdiyi ərazidən görüntüləri təqdim edir:
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.