EN

Rusiyada generala sui-qəsd cəhdi edilib

Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat dərc edib. 

Qeyd olunur ki, general Moskvanın şimal-qərbində  evinin yaxınlığında güllələnib və xəstəxanaya yerləşdirilib.

Məlumata görə, naməlum şəxs generala kürək nahiyəsindən bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb.

Hazırda cinayət işi açılıb və hüquq-mühafizə orqanları atəş açan şəxsi axtarır.

Gülayə Mecid

Chosen
93
3
unikal.az

4Sources