EN

Azərbaycan dövləti və onun liderinin regional və beynəlxalq sülhə verdiyi dəstəyin qiyməti

ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.

“Azərbaycan dövləti və onun liderinin regional və beynəlxalq sülhə verdiyi dəstək, bu istiqamətdə irəli sürdüyü təşəbbüslər dünyanın nüfuzlu dövlətləri və təşkilatları tərəfindən təqdir olunur, qiymətləndirilir. Bu mənada dövlət başçımızın “Zayed İnsan Qardaşlığı Mükafatı”n layiq görülməsi təsadüfi deyil”.Bunları Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Prezident İlham Əliyevin sözügedən mükafata layiq görülməsi təkcə dövlətimizin sülhpərvərliyi, dini tolerantlığı, multikulturalizminə verilən qiymət deyildir, həm də Azərbaycan liderinə olan yüksək hörmətin təzahürüdür:“Çünki sadaladığımız müsbət tendensiyalar, Azərbaycanın dünyada sülhpərvər, dini tolerant, multikultural ölkə kimi tanınmsı, birbaşa Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən irəli gəlir”.Arzuman Muradlı deyib ki, Azərbaycan dövləti bütün dövrlərdə, istər Qarabağ münaqişəsi mövcud olduğu zaman, istərsə də 44 günlük Vətən Müharibəsindəki tarixi zəfərimizdən sonra hər zaman sülh tərəfdarı olduğunu sərgiləyib, qonşularla dinc, yanaşı yaşamaq tərəfdarı olub. Keçən ilin avqust ayında Azərbaycan liderinin sülh gündəliyinə sadiq qalaraq Vaşinqtonda Ermənistanla sülh paraflanmasını imzalaması bunun əyani sübutudur.Ümumiyyətlə, Azərbaycan Prezidenti uzun illərdir ki, regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirir. Qardaşlıq mükafatı məhz bu siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Bu təltif Azərbaycan liderinin dövlətlərarası münasibətlərin inkişafına, qardaşlıq əlaqələrinin dərinləşdirilməsinə və qarşılıqlı hörmətə əsaslanan dialoqun təşviqinə verdiyi töhfələrin nəticəsidir”.Arzuman Muradlı deyib ki. paralel olaraq Azərbaycan dünyada dini tolerantlığın ən yüksək səviyyədə qorunduğu ölkə kimi də tanınır. Ölkəmizdə dinlərarası dialoq mövcuddur:“Müntəzəm olaraq bu məqsədlə ölkəmizdə beynəlxalq forumlar, dinlərarası dialoqlar, konfranslar keçirilir. Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst, heç bir basqı olmadan öz dini ayinərini icra edə bilirlər. Hətta qeyri-İslam dininə aid olan ibadət məkanları da zaman-zaman Azərbaycan dövləti tərəfindən bərpa edilir. Dövlətimizin bu humanitar, tolerant yanaşması təkcə daxildə deyil, eləcə də beynəlxalq səviyyədə öz təsdiqini tapır”. Arzuman Muradlı bildirib ki, mükafatın təqdim olunması, eyni zamanda, Azərbaycan dövlətinin artan nüfuzunun və ölkənin beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
1
newscenter.az

2Sources