Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qazaxıstanda uşaqlar üçün sosial media məhdudiyyətləri tətbiq olunacaq.Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə mədəniyyət və informasiya nazirinin müavini Yevgeni Koçetov məlumat verib.O bildirib ki, uşaqlar üçün sosial media məhdudiyyətlərinin tətbiqi ilə bağlı qanunvericilikdə dəyişiklik ediləcək.Bildirilib ki, hazırda bu cür məhdudiyyətlərin yeni hesablara tətbiq edilməsi məsələsinə baxılır. Lakin mövcud hesablar məhdudlaşdırılmayacaq."Hesabların qeydiyyatına, yaxud şəbəkəyə girişə məhdudiyyət qoyulub-qoyulmaması hələlik məlum deyil", - deyə Koçetov bildirib.Onun sözlərinə görə, qanun layihəsi ilin sonunda parlamentə təqdim olunacaq.Anar
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.