EN

Yanvarda mənzil alışında ödənilmiş “ƏDV geri al” demək olar ki, dəyişməz qalıb

Azərbaycanda 2026-cı ilin yanvar ayında “ƏDV geri al” layihəsi çərçivəsində 19,7 mln. manata yaxın vəsait istehlakçılara, o cümlədən yaşayış və qeyri-yaşayış sahələrinə görə qaytarılmış məbləğ açıqlanıb.

Banker.az xəbər verir ki,  2026-cı ilin yanvar ayı ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 19 milyon 680,2 min manat olub. Bu keçən ilin yanvarında 17,5 milyon manat olmuşdu.

2026-cı ilin yanvar ayında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 718,2 min manat təşkil edib.

Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir. 2026-cı ilin yanvar ayı ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 3 milyon 376,0 min manat təşkil edib. Bu 2025-ci ilin yanvarında 3,4 milyon manat olub.

Chosen
9
10
banker.az

10Sources