Rusiya lideri Vladimir Putin general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi ilə bağlı istintaqla bağlı məlumatlar alır.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Xatırladaq ki, fevralın 6-da Moskvanın Volokolamskoye şossesindəki yaşayış binasında naməlum hücumçu general Alekseyevə bir neçə dəfə atəş açaraq qaçıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib.