Bakı. Trend:
Fransa Milli Assambleyasının qərəzli qətnamə qəbul etməsitəsadüfi siyasi addım kimi qiymətləndirilə bilməz. Bu, daha çoxParisin Cənubi Qafqazda formalaşan yeni reallıqları qəbul etməməsivə regionda sülh gündəliyini zəiflətmək cəhdinin tərkib hissəsikimi görünür.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı ElçinMirzəbəyli deyib.
Millət vəkilinin sözlərinə görə, məhkəmə prosesləri yalnızhüquqi xarakter daşımır, məhkəmə eyni zamanda uzun illər gizlədilənhəqiqətlərin üzə çıxması, münaqişə dövründə baş vermiş cinayətlərinsənədləşdirilməsi və beynəlxalq ictimaiyyətin obyektivməlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir:
“Belə bir vaxtda Fransa parlamentinin qəbul etdiyi sənəd hüquqiproseslərə kölgə salmaq, onları siyasiləşdirmək və diqqətifaktlardan yayındırmaq məqsədi daşıyır. Bu yanaşma hüququnaliliyinə deyil, geosiyasi maraqlara söykənən mövqe təsiribağışlayır”.
Deputat vurğulayıb ki, 2025-ci ilin oktyabrında Kopenhagendəkeçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısıçərçivəsində Fransa Prezidenti Emmanuel Makronun AzərbaycanPrezidenti ilə görüşərək iki ölkə arasında gərginliyin aradanqaldırılması və münasibətlərin normallaşdırılması üçün təşəbbüsgöstərməsi ilə hazırkı vəziyyət arasında kəskin ziddiyyət var:
“Həmin görüşdə verilən mesajlar dialoq və qarşılıqlı anlaşmaruhunda təqdim olunsa da, sonrakı addımlar bunun siyasi taktikaolduğunu göstərir. Parisin atdığı addımlar diplomatik etimadmühitinə zərbə vurur və Makronun səmimiliyi ilə bağlı ciddi suallaryaradır.
Fransanın bu davranışı təkcə Azərbaycanla münasibətlərkontekstində deyil, bütövlükdə regionun gələcəyi baxımındantəhlükəli presedent yaradır. Çünki Cənubi Qafqaz hazırdamünaqişədən sonrakı bərpa, kommunikasiyaların açılması, iqtisadiinteqrasiya və sülh sazişi perspektivləri ilə xarakterizə olunanhəssas mərhələdədir”.
E.Mirzəbəyli əlavə edib ki, bu cür addımlar ABŞ-nin və bir sıradigər aktorların regionda sülh təşəbbüslərinə də dolayı zərbəvurur.
“Hazırkı mərhələdə Cənubi Qafqazda əsas prioritet sülhmüqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası vənəqliyyat-kommunikasiya xətlərinin bərpasıdır. Fransa parlamentininqəbul etdiyi qətnamə isə bu proseslərə konstruktiv töhfə verməkəvəzinə, siyasi emosiyaları körükləyən mövqe ortaya qoyur.
Eyni zamanda, Parisin bu xətti region ölkələrinin Avropaİttifaqı və NATO ilə əməkdaşlıq perspektivlərinə də mənfi təsirgöstərir. Çünki tərəfsizlik və obyektivlik prinsipi pozulduqdaAvropa institutlarının regiondakı rolu ilə bağlı ciddi suallaryaranır. Fransa faktiki olaraq öz davranışı ilə Avropaplatformalarının etibarlılığına kölgə salır”, - deyə o qeydedib.
Milli Məclisin deputatı Günay Ağamalı isəTrend-əaçıqlamasında bildirib ki, Fransa Milli Assambleyasında qəbuledilən son qətnamə bu ölkənin siyasi dairələrinin Cənubi Qafqazdabaş verən proseslərə obyektiv yanaşmaqdan uzaq olduğunu bir dahagöstərir:
“Azərbaycanda saxlanılan şəxslərlə bağlı səsləndirilənçağırışlar hüquqi reallığı, aparılan istintaqı və məhkəməproseslərini nəzərə almayan qərəzli yanaşmadır. Bu şəxslər hərbiəməliyyatlar və münaqişə dövründə törədilmiş ağır cinayətlərə görəməsuliyyətə cəlb olunublar və hazırda məhkəmə orqanlarınınqərarları hüquqi prosedurlara uyğun şəkildə icra olunur. Azərbaycanhüquqi dövlətdir və heç bir xarici siyasi mərkəz ölkəmizin məhkəməsisteminə təsir göstərə bilməz”.
Millət vəkili vurğulayıb ki, qətnamənin məhz məhkəməproseslərinin yekunlaşdığı, faktların, şahid ifadələrinin vəsübutların ictimaiyyətə təqdim olunduğu bir vaxtda qəbul edilməsitəsadüfi deyil:
“Bu, Fransada müəyyən siyasi qrupların regionda siyasi gündəliyimanipulyasiya etmək niyyətində olduğunu göstərir. Azərbaycanlamünasibətlərin normallaşdırılmasından danışan, dialoq çağırışlarıedən Fransa rəhbərliyinin bu cür addımlar atması ziddiyyətli vəsəmimiyyətdən uzaqdır”.
G.Ağamalının sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki,regionda dayanıqlı sülh yalnız beynəlxalq hüquqa hörmət, ərazibütövlüyünün tanınması və qarşılıqlı öhdəliklərin yerinəyetirilməsi ilə etibarlı şəkildə təmin oluna bilər.
“Xarici parlamentlərin siyasi motivli qətnamələri nə hüquqiqüvvəyə malikdir, nə də real sülh prosesinə töhfə verir. Əksinə, bucür addımlar bölgədə etimad mühitinə xələl gətirir.
Azərbaycanın mövqeyi dəyişməzdir. Ölkəmiz öz suverenhüquqlarına, qanunvericiliyinə və məhkəmə qərarlarına əsaslanaraqhərəkət edir. Regionda sabitlik və əməkdaşlıq istəyən bütüntərəflər emosional və qərəzli bəyanatlardan uzaq durmalı, hüquqi vəsiyasi reallıqları qəbul etməlidirlər. Azərbaycan sülh gündəliyinəsadiqdir. Sülh gündəliyi qarşılıqlı hörmət və obyektiv yanaşmaəsasında irəliləyə bilər”, - deyə o fikrini tamamlayıb.