EN

Ev sahiblərinə xəbərdarlıq:pəncərələrdə buxarlanmanı belə aradan qaldırın

Qış aylarında bir çox evdə pəncərələrdə yaranan buxarlanma problemi narahatlıq yaradır.

 

Pravda.az bildirir ki, bu hal əsasən ev daxilində rütubətin yüksək olması ilə bağlıdır.

 

Problemin qarşısını almağın ən sadə yolu müntəzəm havalandırmadır. Gün ərzində pəncərələrin qısa müddətə açılması daxili nəmi azaldır və şüşələrdə buxarın yaranmasının qarşısını alır.

 

Bundan əlavə, mətbəx və hamam otaqlarında ventilyasiya sistemlərindən istifadə etmək, yuyulmuş paltarları qapalı məkanda qurutmamaq tövsiyə olunur. Zərurət yarandıqda havadakı nəmi azaldan xüsusi cihazlardan da istifadə edilə bilər.

 

Mütəxəssislər xəbərdarlıq edir ki, pəncərələrdə uzunmüddətli buxarlanma vaxtında aradan qaldırılmadıqda kif və digər problemlərə səbəb ola bilər.

 

Əminə Bayramova

Tarix: 6 Fevral 2026, 13:49   
Chosen
88
pravda.az

1Sources