EN

Bu sahələr üzrə vətəndaşlara 3,4 milyon manata yaxın ƏDV qaytarılıb

2026-cı ilin yanvar ayında yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 3,4 mln. manata yaxını vətəndaşlara qaytarılıb.

Adalet.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 2026-cı ilin yanvar ayı ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 3 milyon 376,0 min manat təşkil edib.

Chosen
7
10
adalet.az

10Sources