Peru millisinin vÉ™ "Alianza Lima" komandasının müdafiəçisi Karlos Zambrano bir tÉ™qvim ili É™rzindÉ™ beynÉ™lxalq klub turnirlÉ™rindÉ™ É™n çox qırmızı vÉ™rÉ™qÉ™ alan futbolçu kimi tarixÉ™ düşüb..Â
Poliqon xəbər verir ki, 36 yaşlı oyunçu 2025-ci il ərzində qitə miqyaslı turnirlərdə (ICC) dörd dəfə meydandan qovulub.
O, cari mövsümdə əvvəlcə "Libertadores Kuboku"nda iki dəfə, klubunun bu turnirdən kənarlaşmasından sonra isə Cənubi Amerika Kubokunda (Copa Sudamericana) daha iki dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.
Maraqlıdır ki, bu vərəqələr klubun keçirdiyi cəmi altı beynəlxalq oyun ərzində qeydə alınıb.
Â
Buna qədərki dünya rekordu "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevə məxsus idi. Azərbaycanlı müdafiəçi 2024-cü ildə UEFA Avropa Liqası çərçivəsində keçirilən oyunlarda üç dəfə qırmızı vərəqə alaraq bu siyahıya başçılıq edirdi. (Teleqraf)
Poliqon.info