EN

Kreml rusiyalı generala sui-qəsd cəhdinə münasibət bildirib

"Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi ilə bağlı məlumatlar Prezident Vladimir Putinə məruzə edilir".

Xezerxeber.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Təhlükəsizlik xidmətləri hazırda işlərini görür və təbii ki, prezidentə hesabat verirlər", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisinin birinci müavini Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi Moskvanın şimal-qərbində baş verib. Naməlum şəxs onu güllələyib. Yaralanan general xəstəxanaya yerləşdirilib.

Müstəntiqlərin sözlərinə görə, 6 fevral 2026-cı ildə Moskvanın Volokolamskoye şossesindəki yaşayış binasında hələlik şəxsiyyəti məlum olmayan bir şəxs Müdafiə Nazirliyinin əməkdaşına bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb.

Rusiya Federasiyasının İstintaq Komitəsi 30-cu maddənin 3-cü hissəsi, 105-ci maddənin 1-ci hissəsi ("qəsdən adam öldürməyə cəhd") və 222-ci maddənin 1-ci hissəsi ("odlu silahın qanunsuz dövriyyəsi") ilə cinayət işi açıb.

Chosen
41
5
xezerxeber.az

6Sources