ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məşhur müğənni Vüqar Muradov Dövlət Gömrük Komitəsinə müraciət edib.
Ölkə.Az xəbər verir ki, ifaçı xaricdən sifariş etdiyi məhsulların gömrükdə qalmasından gileylənib:
“20 gündən çoxdur paltarlarım gömrükdə ilişib qalıb. Nədir problem, deyin, bilək? Dövlət Gömrük Komitəsi, mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz, nahaq yerə əziyyət çəkməyin, verin paltarlarımı..”, - deyə o yazıb.
Qeyd edək ki, son vaxtlar “Temu”dan edilən sifarişlərin gömrükdə ilişib qalması barədə çoxsaylı şikayətlər yayılır. Məhsul Çindən Azərbaycana 8-10 günə çatsa da, gömrükdə günlərlə qaldığı bildirilir.
Billurə
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.