Murmanskda 84 yaşlı qadın divanı yandıraraq qonşularının ölümünə səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Murmansk vilayətində 84 yaşlı təqaüdçü qadın qonşularını qətlə yetirməkdə şübhəli bilinir.
İstintaqın məlumatına görə, o, öz mənzilindəki divanı yandıraraq binanı tərk edib.
Hadisə nəticəsində alov və qatı tüstü bitişik mənzilə də sirayət edib.
Nəticədə qonşu mənzildə yaşayan iki qadın dəm qazından (karbon monoksid) zəhərlənərək həyatını itirib.
Hazırda saxlanılan yaşlı qadın barəsində məhkəmə-psixoloji və psixiatrik ekspertiza təyin edilib.
Hadisənin motivi və təfərrüatları araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az