EN

Xalaoğlu ilə zarafatın axırı məhkəmdə bitdi

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Biləsuvar rayonunda 1994-cü il təvəllüdlü Rəhim xalası oğlu Vüsala (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 1-də Biləsuvar şəhəri, M.İbrahim küçəsində baş verib. Rəhim həmin gün saat 23 radələrində yaşadığı evin həyətində qohumu Vüsal ilə zarafat edib. Bu məsələ ilə bağlı aralarında yaranan mübahisə zamanı Vüsal xalası oğlunun ünvanına söyüş söyüb. Bunu əsas gətirən Rəhim bir dəfə əlində olan ət dəhrəsi ilə onun qol nahiyəsindən vurub. Hadisəni törədən Rəhimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Rəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Biləsuvar şəhərində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, himayəsində 1 uşağı var və fəhləlik etməklə ailəsini dolandırır: “Vüsal mənim xalam oğludur və həmin şəxslə aramızda münasibətlər yaxşı olub. İyulun 1-də, Vüsal bizə qonaq gəldi. Həmin gün, saat 23 radələrində söhbət zamanı xalam oğlu ilə aramızda münaqişə yarandı. Mən Vüsalın məni təhqir etməsindən qəzəblənərək mətbəxdən ət doğramaq üçün istifadə edilən dəhrəni götürərək, həyətə düşüb və həmin dəhrə ilə onun qoluna bir dəfə zərbə endirdim. Hadisə 1-2 dəqiqə çəkdi. Bu vaxt xalam oğluna başqa zərbə endirməmişəm və ya onu döyməmişəm. Ona xəsarət yetirdiyim zaman sərxoş vəziyyətdə olmuşam. Baş verənləri detallı şəkildə xatırlamıram”. O, həmçinin bildirib ki, əməlindən peşmançılıq hissi keçirir, buna görə də Zərərçəkmiş şəxs üzr istəyib, ona dəymiş ziyanı aradan qaldırıb və onunla barışığa nail olub. Zərərçəkmiş Vüsalın sözlərinə görə, xalası oğlu Rəhimlə münasibətləri yaxşı olub: “Mən tez-tez xalamın evinə qonaq gedirəm. İyulun 1-də xalamın evinə getdim və gecəni orada keçirdim. Mən və xalamoğlu həmin gün saat 23 radələrində söhbət edərkən aramızda mübahisə və münaqişə yarandı. Mən əsəbiləşərək, Rəhimi söydüm. Bundan sonra isə həmin şəxs mətbəxdə olan dəhrəni götürərək, sol qol nahiyəmə bir dəfə zərbə endirdi. Lakin o, sonradan məndən üzr istədi, mənə dəymiş ziyanı aradan qaldırdı və mənimlə barışığa nail oldu”. Eyni zamanda zərərçəkmiş məhkəmədə vəsatət verib. O, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, ona vurulmuş zərəri aradan qaldıraraq, onunla barışmasını nəzərə alınmasını, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.Bu işə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkənlə barışıq əldə etməsini nəzərə alıb. Məhkəmənin hökm ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
demokrat.az

1Sources