EN

Paraşütlə uçan turist dənizə çırpılaraq İTKİN DÜŞÜB

Ajans.az Bild qəzetinə istinadən xəbər verir ki, hadisə fevralın 4-də yeddi nəfərlik turist qrupunun paraşütlə uçuşu zamanı baş verib. Alman turist Tenerife adasındakı Teide dağından tullanıb, lakin Puerto de la Kruz yaxınlığında naməlum səbəbdən qəfil hündürlük itirərək dənizə düşüb. Məlumata görə, mərhum uzun illər paraşütlə uçuş təcrübəsi olan pilot olub və daha əvvəl dəfələrlə oxşar uçuşlar həyata keçirib. Video görüntülərdə onun hər iki əli ilə paraşütün iplərindən tutduğu, lakin uçuşu idarə etmək üçün aktiv hərəkət etmədiyi müşahidə olunur. Turist suya dəydikdən sonra gözdən itib. Onun axtarış-xilasetmə əməliyyatları Atlantik okeanında müşahidə olunan Leonardo adlı fırtına səbəbindən çətinləşib. Meteoroloji xidmətin məlumatına görə, əlverişsiz hava şəraitinin fevralın 7-dək davam edəcəyi gözlənilir.

 

Chosen
74
Ajans.az

1Sources