EN

Vəkil Babək Həmidov: “Zərərli vərdişlər və qanunsuz vasitələrdən istifadə edən şəxsi işə götürməkdən imtina etmək əsaslıdır”

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada işəgötürənlər arasında yeni tendensiya formalaşıb: siqaret çəkən namizədlər getdikcə daha az arzuolunan hesab olunur. Kadr şirkətlərinin məlumatına görə, artıq işəgötürənlərin təxminən 50 faizi vakansiyalar üzrə siqaret çəkən namizədlərə baxmaq istəmir. Şirkətlər bunu əmək intizamının zəifləməsi, tez-tez fasilələr və məhsuldarlığın azalması ilə əsaslandırırlar. Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 15 yaşdan yuxarı əhalinin 18,6 faizi siqaret çəkir. Xidmət və tikinti sahələrində isə bu göstərici 25-30 faizə çatır.İşə qəbul zamanı siqaret çəkən namizədlərin avtomatik şəkildə kənarlaşdırılması əmək qanunvericiliyinə zidd hesab oluna bilərmi?Azərbaycan qanunvericiliyinə görə, hansı iş yerlərində zərərli vərdişi olan vətəndaşların (məsələn, narkotik və ya alkoqol istifadəçiləri) işə qəbul edilməməsi və ya işdən çıxarılması qanunidir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan vəkil Babək Həmidov bildirib ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi hər yerdə qadağandır.

Babək Həmidov

“Siqaret çəkən şəxslərin məhz bu səbəbdən işə qəbul edilməsindən imtina edilməsi qanunvericiliyə zidd haldır və diskriminasiya hesab edilir. Ancaq narkotik və digər qanunsuz vasitələrin istifadəçilərinin işə qəbulundan imtina əsaslıdır. Bu cür iş yerlərinin siyahısı yoxdur. Dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin, psixotrop maddələrin istifadə hər yerdə qadağandır”-deyə vəkil Babək Həmidov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
bizimyol.info

1Sources