Bakı-Ağdam qatarına bilet 7 günlük səfər icazəsini təmin edir
ADY ilə Ağdama səfər bileti işğaldan azad olunmuş ərazilərə artıq 7 günlük giriş icazəsini təmin edir.Belə ki, bilet rəsmiləşdirilən zaman Daxili İşlər Nazirliyinin elektron portalından sözügedən icazə avtomatik əldə edilir. Səfər günündən bir həftə sonra, yəni növbəti şənbə günü Ağdamdan Bakıya qatarla da rahat qayıda bilərsiniz.