Tovuzda yangın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Yanğın baş verən evdə kişi meyiti aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.