EN

1 ildən sonra yenə yaşandı Kriptovalyuta bazarında nə baş verir?

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kriptovalyuta bazarında növbəti sarsıntı yaşanır. “Bitcoin” bir gün ərzində 10,61% ucuzlaşaraq 65 600 dollara düşüb. Bu səviyyə sonuncu dəfə 2024-cü ilin sentyabrında görülmüşdü. 

Bu proses davam edərsə, bazarı nə gözləyir? Hazırkı vəziyyət kriptobazar üçün dönüş nöqtəsi sayıla bilərmi?

Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib ki, kriptovalyuta bazarına və kriptovalyuta alətlərinə skeptik yanaşmaq lazımdır:

“Bunun əsas səbəbi bu bazarın gələcəyinə etibarlı və davamlı əsasların olmamasıdır. Kriptovalyutalar əsasən qeyri-müəyyənlik üzərində formalaşır və onların qiyməti real iqtisadi dəyərə deyil, əsasən tələb, təklif balansına əsaslanır. Bu alətlərin arxasında konkret məhsul, real iqtisadiyyat və ya hər hansı bir dövlət dayanmır. Kriptovalyutalardan daha çox anonim və qeyri-şəffaf tranzaksiyalarda istifadə olunması da onların etibarlılığı ilə bağlı suallar yaradır. Bu baxımdan kriptovalyuta etibarlı maliyyə aləti hesab edilə bilməz və onun gələcəyi hələ də qeyri-müəyyəndir. Bazarda müşahidə olunan kəskin volatillik də bunu təsdiqləyir. Qısa müddətdə baş verən ciddi qiymət artımları və enişləri kriptovalyuta bazarında istənilən gözlənilməz hadisənin baş verə biləcəyini göstərir”.

Eyyub Kərimli

İqtisadçı bildirib ki, kriptovalyutanın sürətlə dəyər itirməsi və ya kəskin bahalaşması maliyyə bazarlarında təlatümlərə səbəb olur:

“Bu proseslər investorların maddi vəziyyətinə birbaşa təsir göstərir. Ona görə də  hesab edirəm ki, kriptovalyuta əməliyyatlarına yalnız ciddi ehtiyatla və peşəkar araşdırmalardan sonra yanaşmaq mümkündür. Mövcud proseslər bu sahədə yüksək risklərin olduğunu açıq şəkildə göstərir. Hazırda kriptovalyuta bazarının hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı dəqiq proqnoz vermək çətindir. Qiymətlərin hansı iqtisadi əsaslarla formalaşdığı aydın deyil. Qısa müddət əvvəl yüksək səviyyədə olan qiymətlərin kəskin şəkildə azalmasının səbəbləri və perspektivləri barədə konkret iqtisadi izah mövcud deyil. Bu isə kriptovalyutanın hazırkı mərhələdə sabit və proqnozlaşdırılan maliyyə aləti olmadığını göstərir”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
globalinfo.az

1Sources