EN

Netanyahu Epşteyn ilə bağlı PAYLAŞIM EDİB

Ajans.az xəbər verir ki, bu barədə Netanyahu X sosial media platformasında yazıb. Epşteynin keçmiş İsrail baş naziri Ehud Barakla yaxın münasibətləri onun İsrailin maraqları naminə fəaliyyət göstərdiyini göstərmir. “Ceffri Epşteynin Ehud Barakla qeyri-adi yaxın münasibətləri Epşteynin İsrail üçün işlədiyini sübut etmir. Əksinə, bu, bunun doğru olmadığını göstərir”, – deyə Netanyahu qeyd edib.

O, həmçinin iddia edib ki, Ehud Barak uzun illərdir qanuni seçilmiş İsrail hökumətinə qarşı fəaliyyət göstərib və onu devirmək məqsədilə antisiyonist radikal sol qüvvələrlə əməkdaşlıq edib. Netanyahu bu davranışı Barakın seçkilərdəki məğlubiyyətindən qaynaqlanan şəxsi narazılığı ilə əlaqələndirib.

Chosen
40
Ajans.az

1Sources