EN

“Maşınım yararsız idi, Şükran hədiyyə etdi, Məhəbbətin çörəyini yeyirəm” məşhur obrazlar yenidən bir araya gəlir? ÖZƏL

ain.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Aktyor, rejissor Ramin Hacıyev Moderator.az-ın suallarını cavablandırıb.

-Ramin bəy, bəlkə də çox azsayda aktyorlardansınız ki, həm ekranda, həm də sosial platformada özünüzü gündəmdə saxlaya bilirsiniz. Bunu necə bacarırsınız?

-Biz gündəmi izləyirik və sosial şəbəkələrdə nə baş verirsə hamısından xəbərimiz var. Gündəmdə olan trendlərə qoşuluruq. Özümüz də trend yaradırıq, öz zarafatımızı da yazırıq. Çalışırıq ki, gündəmdən uzaq düşməyək.

-"Bacanaqlar" serialı sizi bu aləmə tanıtdı.. Məhəbbət rolunun bu qədər sevilməsinə səbəb nə idi?

-Əslində mən “Bacanaqlar”-ı tanıtdırmışam. Serialın rejissoru və yazarlarından biri mən olmuşam. Məhəbbət rolunu da özüm üçün yazmışdım. Mənim üçün əsas o idi ki, Məhəbbət rolunun əxlaqı, tərbiyəsi yerində olsun. Qurşaqdan aşağı zarafatlar etmirdik. Səmimiyyət var idi. Məhəbbətin sevilməyinin səbəblərindən biri də məhz bu idi.

-Bir rolla xatırlanmaq, yaddaşlarda qalmaq necə bir hissdir?

-Əlbəttə ki, gözəl bir hissdir. Aktyorun bir neçə rolları olmalıdır. Mən aktyor deyiləm, sadəcə olaraq o obrazda “tutuzdurdum”. Deyə bilərəm ki, mən Məhəbbətin çörəyini yeyirəm.

-Serialda aktrisa Nigar Qarayeva ilə olan səhnələriniz bu gün də çox sevilir. Ola bilər hansısa layihədə birlikdə görünəsiz?

-Nigar Qarayevanı bacısı İntizarın toyunda görmüşdüm. Fatma xanıma demişdim ki, Sevda rolunu oynaya bilər? O da demişdi ki, hə. Belə tanıdım. Mənə də çox xoşdur ki, belə bir aktrisanı kəşf etmişəm. Bu gün də ara-sıra reklamlarda oynayırıq. İllər sonra da bir layihədə görünə bilərik. Amma konkret olaraq elə bir fikrimiz yoxdur. Film ola bilər.-

-Şükran bəy doğum gününüzdə sizə avtomobil hədiyyə etdi. İllərdir bu sahədəsiz.. Özünüzə avtomobil alacaq qədər qazanmırdınız yoxsa? Hər kəsi bu sual maraqlandırır..

-Sağ olsun, ona minnətdaram! Mənim avtomobilim var idi, sadəcə demək olar ki, yararsız idi. Həm də maşınım məhdudiyyətdədir deyə o artıq mənimki sayılmırdı. Şükranın mənə maşın hədiyyə etməsi ikiqat xoş hadisə oldu. Həm maşın qazandım, həm də dostumun diqqətini.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
101
1
moderator.az

2Sources