EN

Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi davam edir

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində toplama məntəqələrindən 188 kiloqram işlənmiş batareya götürülüb 

Ekologiya.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində istifadəyə yararsız batareyaların toplanması və təhvil verilməsi prosesi davam edir.

Layihə çərçivəsində ekokönüllülər tərəfindən “Rahat” supermarketin Ceyhun Səlimov filialından, "Bravo" supermarketlər şəbəkəsinin 28 Mall və Koroğlu filiallarından, “Araz” supermarketin “Azure Business Centre” filialından, "Global Media Group" şirkətindən ümumilikdə 188 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib. 

Layihənin əsas məqsədi istifadəyə yararsız elektrik batareyaların təhlükəsiz şəkildə toplanması, onların xüsusi şəraitdə utilizasiya olunması, həmçinin ictimaiyyət arasında ekoloji məsuliyyətin artırılması və tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirmənin gücləndirilməsidir.

Chosen
74
ekologiya.az

1Sources