Tovuz, 6 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzun Qovlar şəhərində ev yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın baş verən evdə kişi meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Meyiti tapılan şəxsin 84 yaşlı Cəmil Kazımov olduğu bildirilir.