EN

Milli Olimpiya Komitəsi ermənilərlə bağlı BOK-a etiraz etdi

Milli Olimpiya KomitÉ™si XXV Qış Olimpiya Oyunlarında ErmÉ™nistanı tÉ™msil edÉ™n fiqurlu konkisürÉ™nlÉ™r Nikita Raxmanin – Karina Akopova cütlüyünün yarış proqramında siyasi vÉ™ separatçı mÉ™zmun daşıyan “Arsax” adlı musiqidÉ™n istifadÉ™ etmÉ™sini ciddi narahatlıqla qarşılayıb.

Fanat.Az xəbər verir ki, qurum Beynəlxalq Olimpiya Komitəsinə Ermənistan idmançılarının bu addımı ilə bağlı öz etirazını bildirib.

BOK rÉ™smilÉ™rinin diqqÉ™tinÉ™ çatdırılıb ki, “Arsax” ifadÉ™si uzun illÉ™r É™rzindÉ™ AzÉ™rbaycan Respublikasının beynÉ™lxalq hüquqla tanınmış É™razilÉ™ri ilÉ™ baÄŸlı ErmÉ™nistanın apradığı qeyri-qanuni vÉ™ separatçı siyasÉ™tin ideoloji mahiyyÉ™tini É™ks etdirir. Bu baxımdan, Olimpiya Oyunları kimi siyasÉ™tdÉ™n kÉ™nar qalmalı olan beynÉ™lxalq idman tÉ™dbirindÉ™ belÉ™ bir proqram seçimi açıq ÅŸÉ™kildÉ™ siyasi vÉ™ ideoloji mÉ™na daşıyır vÉ™ Olimpiya dÉ™yÉ™rlÉ™rinÉ™ ziddir.

Qeyd edilib ki, Olimpiya Xartiyasının əsas prinsiplərinə əsasən, Olimpiya Oyunlarında hər hansı siyasi, ideoloji və separatçı təbliğata yol verilməməlidir. Beynəlxalq Olimpiya Komitəsinin missiyalarından biri də idmanı siyasətdən kənar saxlamaq, idmançıların və yarışların siyasi məqsədlər üçün istismarına qarşı çıxmaqdır.

Bu cür hallar Olimpiya Oyunlarının ruhuna, idman etikası və beynəlxalq idman prinsiplərinə zərər vurur, Olimpiya Hərəkatının neytrallıq prinsipini pozur, eyni zamanda regionda sülh və qarşılıqlı etimad mühitinə xələl gətirir.

Milli Olimpiya Komitəsi öz etirazında bir daha bildirib ki, Olimpiya Oyunları sülhün, dostluğun və xalqlar arasında qarşılıqlı hörmətin rəmzlərindən biridir, bu platformadan siyasi və separatçı təbliğat məqsədləri üçün istifadə etmək yolverilməzdir.

Chosen
11
49
fanat.az

10Sources