EN

Ombudsmandan "İdrak" liseyində baş verən insidentlə bağlı çağırış

Son zamanlar uşaqlar tərəfindən həmyaşıdlarına və digər şəxslərə qarşı aqressiv davranışın göstərilməsi, hüquq pozuntusu törədilməsi halları ciddi narahatçılıq doğurur.

Bu barədəOmbudsman Aparatından məlumat verilib.

Bildirilir ki, uşaqların psixoloji vəziyyətinin qiymətləndirilməsi, onların davranışlarına, o cümlədən onların rəqəmsal platformalardan istifadə etmələrinə nəzarət edilməsi uşaqların və ümumilikdə cəmiyyətin sağlamlığı və təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır:

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair müraciətində son illər uşaqlar arasında geniş yayılmış onlayn oyun və interaktiv platformaların, xüsusilə “Roblox” platformasının yaratdığı risklər barədə analitik təhlilə əsaslanan məlumatlar verilib, aidiyyəti dövlət orqanları uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərini gücləndirməyə, risklərin hüquqi qiymətləndirilməsinin aparılmasına və preventiv fəaliyyətin həyata keçirilməsi sahəsində zəruri tədbirlər görməyə dəvət olunub.

Qeyd olunan problemlərin aradan qaldırılmasında valideynlərin də rolu danılmazdır. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Baş verən hadisələr onu göstərir ki, valideynlər tərəfindən uşaqlara daha diqqətlə yanaşılması, onlarla etibarlı ünsiyyətin təmin edilməsi və uşaqların olduğu hər bir yerdə təhlükəsizliyin gücləndirilməsi çox vacibdir.

Media subyektlərinin nümayəndələri tərəfindən uşaqlarla bağlı məlumatların yayılmasında qanunvericiliyin tələblərinə əməl edilməsi, uşaqların mənafelərinin üstün tutulması, məsələlərə uşaq hüquqlarının müdafiəsi prizmasından yanaşılaraq ictimaiyyətin düzgün məlumatlandırılması zəruridir".

Vurğulanır ki, Ombudsman tərəfindən mediada uşaq hüquqlarının pozulması halları ilə bağlı media subyektlərinə və jurnalistlərə ünvanlanan açıq müraciətdə bu sahədə onların vəzifələri və məsuliyyəti əks etdirilmiş, onlara peşə fəaliyyətlərini həyata keçirdikləri zaman uşaqların mənafelərini üstün tutmaları və uşaqlarla bağlı məlumatların yayılmasında həssas yanaşma nümayiş etdirmələri tövsiyə olunub:

Chosen
3
13
aznews.az

10Sources