EN

Qlobal iqtisadiyyatda, siyasətdə qeyri müəyyənlik qızılın qiymətinin dəyişməsinə öz təsirini göstərir

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qlobal proseslər fonunda qızıl yenidən investorların diqqət mərkəzinə qayıdıb. Dünyada artan geosiyasi gərginliklər, böyük iqtisadiyyatlarda qeyri-müəyyənlik və maliyyə bazarlarında etimadın zəifləməsi qızılı yenə “təhlükəsiz liman”a çevirir. Mərkəzi bankların ardıcıl şəkildə qızıl ehtiyatlarını artırması da bu metalın hələ uzun müddət gündəmdə qalacağını göstərir.Qiyməti artan xətlə inkişaf edən qızıl ucuzlaşa bilərmi?

“Dolların bahalaşması qızılın qiymətində enişə öz təsirini göstərə bilər. Bu, həm qızılın qiymətinin formalaşması, həm də kriptovalyuta bazarındakı valyutaların qiymətindən də asılıdır. Çünki bu gün kriptovalyutaların ucuzlaşması qızıla marağı artırıb”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Eyyub Kərimli danışıb. İqtisadçı qeyd edib ki, Amerika iqtisadiyyatının və dolların dəyərindən asılı olaraq qızılın qiyməti müəyyənləşəcək: “Əgər bugünkü kimi dolların qiyməti və FED-in faiz dərəcəsi sabit qalsa, qızılın qiymətində müəyyən artımlar müşahidə olunacaq”.

Eyyub Kərimli

İqtisadçı hesab edir ki, qızılın qiymətinin artması, bəzi hallarda digər məhsulların da qiymətinin artımına təsir edəcək: “Bura həm zinət əşyaları, həm də digər texniki avadanlıqları daxil etmək olar. Bəzi elektronik məhsullar var ki, onların tərkibində də bəzən qızıl məmulatlarından, qızıl metalından istifadə olunur. Bahalaşma alıcılıq imkanlarının aşağı düşməsinə səbəb olacaq.

Qızılın qiymətində hazırda ciddi volatillik müşahidə olunur və dünya bazarlarında, iqtisadiyyatda, siyasətdə qeyri-müəyyənlik qızılın qiymətinin dəyişməsinə təsir göstərir. Bəzi proqnozlara görə, qızılın qiymətində artım nəzərdə tutulur. Yəni 6000 dollara qədər bahalaşma ola bilər”.

İqtisadçı Eyyub Kərimli qeyd edib ki, bəzi proqnozlara görə, bahalaşma daha aşağı faizlərlə müşahidə oluna bilər. Ekspert bildirib ki, qızılın qiyməti bir müddət əvvəl 5600 dollara qalxmışdı: “O pik həddi idi. İndi sabitləşib və bu baxımdan qeyri-müəyyənlik davam edərsə, qızılın qiymətində artımlar olacaq”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
bizimyol.info

1Sources