EN

Masallıda qəza: ölən var

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Masallıda avtomobil qəzasında bir nəfər ölüb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə Masallı şəhərinin Dadva məhəlləsində baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü Vəli Azər oğlu Hətəmzadə idarə etdi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 1947-cı il təvəllüdlü Qardaş Məhərrəm oğlu Fətullayevin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində hər xəsarət alan hər iki sürücü Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti ağır olan Q.Fətullayev Masallıda özəl klinikaların birinə yerləşdirilib. Aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq, Qardaş Fətullayevin həyatını xilas etmək mümkün olmayıb. O, müalicə aldığı klinikada ölüb. Digər sürücü V.Hətəmzadənin müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
10
globalinfo.az

10Sources