EN

“Fərdi səhvdən qol buraxaraq xal itirdiyimizə görə üzgünük” liderin baş məşqçisi

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

1-ci liqada qış fasiləsi başa çatandan sonra ilk tur mərkəzi qarşılaşma ilə əlamətdar oldu. “Şəfa” “Baku Sportinq”i qəbul etdi, tərəflər hərəyə bir qolla meydandan ayrıldı. “Şəfa” ilk hissədə aşkar penalti gözləyirdi, amma hakin belə qərar vermədi. Bakılıların 2-ci hissədə vurduqları qol isə qapıçıya qarşı qayda pozuntusuna görə qeydə alınmadı. Hakimlik, oyun və yeni transferlər haqda komandanın baş məşqçisi Elgiz Kərəmli “Football-plus.az”a açıqlama verib:

“İki fərqli hissəyə şahidlik etdik. İlk yarı tam bizim üstünlüyümüz şəraitində keçdi. Qol vəziyyətləri yaratsaq da, istifadə edə bilmədik. İkinci hissədə də oyuna biz nəzarət etdik. Lakin ön xətdə ciddi top itkilərinə yol verdik. Rəqibi əks-hücumla oynamağa məcbur etdik. Fərdi səhvdən qol buraxaraq, xal itirdiyimizə görə üzgünük. Amma yenə də istədiyimiz yerdəyik. Qarşıdakı oyunlarda daha az sehv edərək sabitliyimizi qorumağa çalışacayıq. Hakimlə bağlı danışmağı xoşlamıram. Çünki biz necə səhv ediriksə, onlar da səhv edə bilər. Oyundakı epizodlarla bağlı nə isə deyə bilməyəcəm. Gözlə rahat görünən epizodlar deyil. Biz öz səhvlərimizə baxıb inkişaf etməliyik. Yeni transferlərdən İbrahim Əliyev oyundan-oyuna komandaya uyğunlaşır. Elmir Tağıyev isə fiziki cəhətdə hazırlıqsızdı. Onun komandaya qoşulması üçün müəyyən zaman lazımdı”.

MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
2
icma.az

3Sources