ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qondarma “Dağlıq Qarabağ”ın keçmiş prezidenti Araik Harutyunyan, Müdafiə Ordusunun keçmiş komandiri Levon Mnatsakanyan, Müdafiə Ordusunun keçmiş birinci müavini David Manukyan, “Artsax” parlamentinin keçmiş spikeri David İşxanyan, Xarici işlər naziri, prezident müşaviri David Babayan ömürlük, Arkadi Qukasyan və Bako Sahakyan isə yaşlarına görə 20 il həbs cəzasına məhkum ediliblər”.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O, həmçinin tarixə nəzər salaraq Rəhim Qazıyev haqqında da danışıb.
Deputat bildirib ki, eyni kürsüdə Rəhim Qazıyevi də oturtmaq lazım idi:
“Düşünürəm ki, bu separatçılarla eyni kürsüdə onların oxşar tayı olan Rəhim Qazıyevi də oturtmaq lazım idi. Artıq məhkəmə prosesi bitdiyinə görə, heç olmasa, bir həftəlik də olsa darıxmasın deyə Araikin hücrəsinə Rəhim Qazıyevi salmaq lazımdır. Bu eyni yolun yolçuları bir-biri ilə əminəm ki, rahat dil tapacaqlar. Fərqi nədir, biri ermənicə, digəri azərbaycanca: “Şuşa gedərsə, boş başıma güllə çaxacağam!” demişdi”.
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.