EN

Qəddafinin oğlu yalnız ailəsinin və iki qəbilə üzvlərinin iştirakı ilə dəfn olunacaq

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin Əz-Zintan şəhərində öldürülən oğlu Seyf əl-İslamın dəfn mərasimi yalnız onun ailəsinin və iki yerli qəbilənin nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Qaziler.az bildirir ki, bu barədə Seyf əl-İslamın cənazəsinin gətirildiyi Bəni Valid şəhərindəki təhlükəsizlik rəsmisi məlumat verib.

"Mərasimdə və dəfndə yalnız onun ailəsi və iki Liviya qəbilə şurasının üzvləri iştirak edəcək", - deyə "Al-Hadaht" televiziyasının verdiyi məlumata istinadən sözçü bildirib.

O əlavə edib ki, söhbət ən böyük yerli qəbilələrdən biri olan Varfalladan gedir. Həm Seyf əl-İslamın, həm də atası Müəmmər Qəddafinin mənsub olduğu Əl-Qəddafa qəbiləsindir.

"Əl-Hadath" qəzetinin məlumatına görə, hazırda Liviyada Qəddafi ailəsinə əsas dəstək mərkəzlərindən biri olan Bəni-Validdə Seyf əl-İslam üçün anım mərasimi üçün hazırlıqlar gedir. Öldürülən şəxsin qohumlarının əvvəllər bildirdiyi kimi, Qəddafinin oğlu babası və kiçik qardaşı Xamisin (2011-ci ildə həlak olmuş) dəfn olunduğu qəbiristanlıqda torpağa tapşırılacaq.

QAZİLER.AZ

Chosen
24
6
qaziler.az

8Sources