EN

Martda Rusiya-Ukrayna arasında sülh mümkün ola bilər

Martda Rusiya-Ukrayna arasında sülh mümkün ola bilər

Vaşinqton administrasiyası və Ukrayna nümayəndələri Moskva ilə Kiyev arasında münaqişənin nizamlanmasına dair mart ayında konkret razılaşmaların əldə olunması imkanlarını müzakirə ediblər.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mövzu ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, ABŞ və Ukrayna nümayəndələri mart ayına qədər Rusiya və Ukrayna arasında sülh sazişinin imzalanması kimi ambisiyalı bir hədəfi nəzərdən keçiriblər. Bununla belə, agentlik vurğulayır ki, ərazi məsələsi kimi fundamental mövzularda hələlik razılığın olmaması səbəbindən bu müddətin təxirə salınması ehtimalı olduqca yüksəkdir.

Xəbərdə həmçinin qeyd olunur ki, Tramp administrasiyası prosesi sürətləndirməyə çalışsa da, tərəflər arasındakı fikir ayrılıqları mart hədəfini çətinləşdirən əsas amil olaraq qalır.

Chosen
32
afn.az

1Sources