ain.az, Apa.az portalına istinadən məlumat verir.
“Hizbullah” hərəkatının kəşfiyyat rəisi Vafik Səfa cümə günü istefa verib.
APA xəbər verir ki, bu barədə “Janoubia” xəbər portalı mənbələrə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, təşkilatın rəhbərliyi onun istefasını həmin gün qəbul edib.
Səfanın istefasının hərəkatın yanvar ayında rəhbərlik etdiyi xüsusi təyinatlı qüvvələrə təsir edən yenidənqurma ilə əlaqəli olduğu bildirilir. Belə ki, Səfanın səlahiyyətləri əhəmiyyətli dərəcədə azalıb.
Onun vəzifələrinin müvəqqəti icrası Hacı Sacid kimi tanınan Hüseyn Bəradəyə verildiyi bildirilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.