Niderlandlı sürətli konkisürmə ulduzu Yutta Lerdam 2026-cı ilin qış Olimpiya oyunlarından əvvəl qalmaqallı vəziyyətlə gündəmə gəlib.
Publika.az xəbər verir ki, o, Olimpiadaya millinin heyəti ilə birlikdə deyil, şəxsi təyyarəsi ilə uçmağı seçib. O, səyahəti aktiv şəkildə “Instagram”da bölüşüb. Lüks salon, şəxsi dekorasiyalar, üzərində şəkli olan kekslər, öz fotoları olan televizor və incə şam yeməyi.
Bununla belə, Niderlandda bu həyat tərzi hər kəs tərəfindən bəyənilməyib. Keçmiş futbolçu və teleekspert Yoxan Derssen Lerdamı sərt tənqid edib, bildirib ki, o milyonçular kimi yaşayır:
“O, onsuz da lüks yaşayır – şəxsi təyyarələr və s. Mənim üçün bu iyrənc görünür. Əgər mən onun məşqçisi olsaydım, buna dözməzdim. Niderlandda getdikcə daha çox insan onun davranışından yorulmağa başlayır”.
Tənqidə baxmayaraq, Lerdam Olimpiadada əsas yarışlara hazırlaşır. Növbəti həftə 1000 metr məsafəyə, 15 fevralda isə 500 metr məsafəyə yarışa çıxacaq.