Son illər Azərbaycanda bankların təqdim etdiyi kredit kartları əhali arasında ən çox istifadə olunan maliyyə alətlərindən birinə çevrilib. Reklamlarda tez-tez “faizsiz müddət”, “faizsiz alış-veriş” kimi cəlbedici ifadələr səsləndirilir və bu da vətəndaşlarda kredit kartından istifadə zamanı əlavə xərc olmayacağı təəssüratı yaradır. Bəs reallıqda kredit kartlarında göstərilən “faizsiz müddət” nə deməkdir?
Xəbər verilir ki, mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, faizsiz müddət anlayışı bankların daxili qaydalarına əsaslanır:
Ekspertin sözlərinə görə, kredit kartlarının “faizsiz” kimi təqdim olunması da tam dəqiq ifadə sayılmır. Çünki əksər hallarda bu yalnız qısa müddət üçün keçərli olur və vaxtında ödəniş edilmədikdə yüksək faizlər tətbiq olunur.
Beləliklə, kredit kartlarında “faizsiz müddət” anlayışı daha çox reklam xarakteri daşıyır və real praktikada geniş şəkildə istifadə olunmur. Vətəndaşlara kredit kartı götürərkən müqavilə şərtlərini diqqətlə oxumaq və xüsusilə faizsiz müddət ilə bağlı detallara önəm vermək tövsiyə olunur. /KONKRET.az/