EN

Moskva aeroportu son anda terrordan xilas olub: Təhlükəsizlik zabiti saxlanıldı

Rusiyada hava limanının əməkdaşı həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Saytın əldə etdiyi sənədlərə görə, Moskva məhkəməsi paytaxt hava limanlarından birində aviasiya təhlükəsizliyi zabitini terrorizmin maliyyələşdirilməsi işi ilə əlaqədar həbsə atdıb.

Hələlik adı açıqlanmayan və inspektor kimi çalışan kişi Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi - "Terror fəaliyyətinə kömək" ilə ittiham olunub. Məhkəmə onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

İş materiallarına görə, təqsirləndirilən şəxs günahını tam etiraf edib. O, ilk dindirilmədə etiraf ifadəsi verib və istintaqla əməkdaşlıq edir.

Chosen
19
1
publika.az

2Sources