EN

ABŞ Ukraynaya hərbi texnika üçün ehtiyat hissələrinin satışını təsdiqlədi

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ Dövlət Departamenti Ukraynaya ümumi dəyəri 185 milyon dollaradək olan maddi-texniki dəstəyin göstərilməsini təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə xarici ölkələrə hökumətlərarası müqavilələr əsasında hərbi tədarüklərə nəzarət edən Pentaqonun Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA) məlumat yayıb.

Qurumun məlumatına görə, Kiyev daha əvvəl müxtəlif növ dəstək, o cümlədən nəqliyyat vasitələri və silah sistemləri üçün ehtiyat hissələri tələb edib. Bildirişdə konkret məhsullar açıqlanmasa da, ümumi məbləğin 185 milyon dollar olduğu qeyd olunur.

Məlumatda deyilir ki, “təklif olunan bu satış Avropada siyasi sabitlik və iqtisadi tərəqqinin dayağı olan tərəfdaş ölkənin təhlükəsizliyini gücləndirməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə xidmət edəcək”.

ABŞ administrasiyası artıq qərarla bağlı Konqresi məlumatlandırıb. Qanunvericilərin sazişi nəzərdən keçirmək və zəruri halda bloklamaq üçün 30 gün vaxtı var.

Bununla yanaşı, ABŞ Ordusu artilleriya sursatlarının tədarükündə sistemli gecikmələrə görə "Northrop Grumman" və "Global Military Products" şirkətlərinə qarşı maliyyə sanksiyalarının tətbiqini hazırlayır.

Ümumi dəyəri 1,9 milyard dollar olan yeddi müqavilə üzrə aparılan yoxlamalar nəticəsində məlum olub ki, şirkətlər beş halda müqavilə şərtlərini pozublar. Bəzi mərmilər Ukraynaya 18 aya qədər gecikmə ilə çatdırılıb. Bundan əlavə, ordu tərəfindən 907 milyon dollar dəyərində sifariş edilmiş sursatlar hələ də təhvil verilməyib. Hazırda 1,1 milyon dollar məbləğində cərimənin tətbiqi məsələsi nəzərdən keçirilir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
bizimyol.info

1Sources