EN

Trent “Liverpul”a qayıdır?

Trent Aleksandr-Arnold hələ də “Real”a adaptasiya ola bilməyib.

Publika.az xəbər verir ki, bu da onu transfer şayiələrinin mövzusuna çevrib. Hətta İngiltərəyə qayıtması ilə bağlı da söhbətlər gedir. “TEAMtalk” saytı “Liverpul”un Trentin geri qayıtmasını düşünmədiyini öyrənib.

“Mersisaydlılar”, oyunçu transfer üçün əlçatan olsa belə, bu yay danışıqlara başlamayacaqlar. “Liverpul” uzunmüddətli sağ cinah müdafiəçisi planının artıq hazır olduğunu və Jeremi Frimponq və Konor Bredlinin nəzərdən keçirildiyini düşünür.

Chosen
21
1
publika.az

10Sources