EN

Benzema debüt oyununda şou göstərdi Ronaldonun isə boykotu davam edir

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Adlı-sanlı oyunçuların gəlişindən sonra maraqla izlənən turnirlərdən birinə çevrilən Səudiyyə Ərəbistanı çempionatında diqqətçəkən hadisələr yaşanır. Kriştiano Ronaldo ''Əl-Nəssr''in oyunlarını boykot etməkdə davam edir. Portuqaliyalı superulduz ölkənin nəhəng klublarına himayədarlıq edən Səudiyyə Ərəbistanı Sərmayə Fondunun fəaliyyətindən narazıdı. Onun fikrincə, fond digər klublara ''Əl-Nəssr''dən daha çox yardım edir. Ronaldo bu fikrə Kərim Benzemanın transferindən sonra gəlib. Ünlü fransalı forvard bu günlərdə ''Əl-İttihad''dan ''Əl-Hilal''a transfer olunub. Məhz ''Əl-Hilal'' çempionluq uğrunda mübarizədə ''Əl-Nəssr''in əsas rəqibi sayılır. Bu gün Ər-Riyad təmsilçisi 21-ci tur çərçivəsində son çempion ''Əl-İttihad'' ilə qarşılaşacaq. Bir neçə gün öncə ''Əl-Xolud'' ilə oyunu boykot edən Ronaldo bu dəfə də oynamaq istəmir. Halbuki onun heç bir zədəsi yoxdu və üstəlik komanda ilə birlikdə məşqlərə də qatılır. Bəzi mənbələrin yazdığına inansaq, vəziyyət getdikcə ciddiləşir və Ronaldo artıq Səudiyyə Ərəbistanından ayrılmaq barədə düşünür. Liqadan ünlü futbolçunun etirazına cavab verilib. Qeyd olunub ki, Ronaldo nə qədər önəmli fiqur olsa da, onun digər klubların transfer siyasətinə qarışmağa haqqı yoxdu. Bu arada Benzemanın ''Əl-Hilal''da debütü nağıllardakı kimi alınıb. Təcrübəli forvard yeni klubunda ilk oyunda 3 qol, 1 məhsuldar ötürməlik mükəmməl performans ortaya qoyub! Benzema bu qolları ''Əl-Oxdud'' ilə səfər oyununda (6:0) vurub. 38 yaşlı futbolçu bu mövsüm bütün turnirləri nəzərə almaqla 4-cü dəfə het-trik edib. Amma çempionatda onun aktivində yalnız 11 qol var. Bombardirlər yarışına 19 qolla ''Əl-Əhli''nin forvardı Ayven Toni başçılıq edir. Ronaldonun isə 17 qolu var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
icma.az

2Sources