Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Bolqarıstan çempionatında 20-ci turun oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, komanda səfərdə Sofiya MOİK-i ilə qarşılaşıb. Oyun Cəlalın komandasının məğlubiyyəti ilə yekunlaşıb - 1:3.
Hüseynov meydana start heyətində çıxıb və sona qədər oynayıb.
Bu məğlubiyyətdən sonra əvvəlki kimi 24 xalda qalan “Arda” 16 komanda arasında 10-cu pillədə qərarlaşıb.