Xatun və rəqqasə Fatimə Fətəliyeva Kəmalə Nəsibovanın səsləndirdiyi “oğluma müğənni qız almaram” fikrinə dəstək veriblər.
“Yeni Sabah” xəbər verir ki, onlar yanaşmanı müsbət qarşıladıqlarını və hər kəsin şəxsi fikrinə hörmət etdiklərini deyiblər.
Xalq artisti Brilliant Dadşova isə həmin fikirlərə sosial mediada belə reaksiya verib:
“Vaxtı ilə Üzeyir Hacıbəyov, Hüseyn Ərəblinski incəsənətimizin inkişafı üçün min bir əziyyətlər çəkiblər. Bu nə müzakirələrdir, bu nə təfəkkürdür?”
Aydan Hacı
Telegram kanalımız